• cümə axşamı, 25 aprel, 09:52
  • Baku Bakı 14°C

Şəki sakinindən silah-sursat aşkar edilərək götürülüb

24.07.18 09:30 556
Şəki sakinindən silah-sursat aşkar edilərək götürülüb
Şəki sakinindən silah-sursat aşkar edilərək götürülüb.
DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 5-də Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açması barədə iyulun 21-də Şəki Şəhər-Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əlibalayevin evindən müvafiq sənədləri olan "Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.

banner

Oxşar Xəbərlər