• cümə axşamı, 28 mart, 16:53
  • Baku Bakı 16°C

Səidə Sultan: “Mən atdanıb-düşmürəm“

30.09.13 13:47 2424
Səidə Sultan: “Mən atdanıb-düşmürəm“
Milli.Az xəbər verir ki, "Günəbaxan" verlişində Baloğlan Əşrəfov və Səidə Sultan arasında mübahisə olub.
Belə ki, şou-biznesdə açıq-saçıq libas geyinmək haqqında söhbət getdikdə hərə öz fikrini bildirib. Baloğlan Əşrəfovun məsələyə münasibəti belə olub:
Hər ifanın öz janrı var, məsəl üçün, muğam oxuyan da var, estrada müğəniləri də. Muğam oxuyanlar dünya dağılsa da, açıq-saçıq geyinə bilməzlər. Estrada oxuyanlar isə onların öz janrından irəli gələrək atdanıb-düşürlər. Yəni bunlar üçün bu cür geyim adi bir haldır".
Bu cür fikri qəlub etməyən müğənni Səidənin cavabı isə belə olub.
"Baloğlan müəllim, mən sənətimə atdanıb-düşmək kimi baxmıram, amma siz öz aləminizdə necə baxırsızsa, öz işinizdi. Mən də estrada oxuyanam, ona görədə mənə də xoş deyil ki, kimsə mənim sənətimə desin ki, bu atdanıb-düşməkdir.
Onda belə baxanda oxumaq ayıb bir sənətdirsə, siz də oxumayın da, atın bu işi".
banner

Oxşar Xəbərlər