AZE | RUS | ENG |

Səid İsmayılzadə İtaliyadan qalibiyyətlə dönüb

Səid İsmayılzadə İtaliyadan qalibiyyətlə dönüb
Ötən ay İtaliyanın Lido-ci-Yezolo şəhərində incəsənət sahələri üzrə “Orfey İtaliyada” Beynəlxalq musiqi festivalı keçirilib. Festivalda incəsənətin bütün sahələri üzrə yarış keçirilib - musiqi, rəqs, solo, xor qrupları və s... Festivalda həmvətənimiz Səid İsmayılzadə solo ifasına görə 1-ci yerə layiq görülüb.
9 ölkənin iştirak etditiyi tədbirdə ən çox nümayəndə Bolqarıstandan (30 nəfər), ən az isə Azərbaycandan (1 nəfər) olub. Festivalda Səid İsmayılzadə 2 mahnı - müğənni Elnurun repertuarından “Cavabsız suallar” və Maykl Bublenin repertuarından “It had better be tonight” mahnılarını ifa edib. “Orfey İtaliyada” festivalı ilk dəfə olaraq keçirilib və hər il bunun davamı gözlənilir.
Səid İsmayılzadənin qəzetimizə verdiyi məlumata görə, festivalın keçiriləcəyini internetdən xəbər tutub və şəkillərini və videoroliklərini göndərib. 1 aydan sonra isə festival təçkilatçılarından ona rəsmi dəvət gəlib. Qeyd edək ki, S.İsmayılzadə 2 ildən çox “Qaya” Dövlət Ansamblında solist kimi çalışıb. Hazırda AzTV-də skripka ifaçısı kimi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasında təhsil alıb.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991