• cümə, 29 Mart, 19:27
  • Baku Bakı 14°C

Səhvini etiraf etdi, üzr istədi, “dərs almışam” dedi

05.02.19 14:15 582
Səhvini etiraf etdi, üzr istədi, “dərs almışam” dedi
Xuliqanlıq etdiyi üçün həbs edilən "Zenit”in futbolçusu Aleksandr Kokorin ictimaiyyətə açıq məktub yazıb.
Kaspi.az xəbər verir ki, Kokorin səhvə yol verdiyini etiraf edib. O, hərəkətinə görə hər kəsdən üzr istəyib:
"Bütün azarkeşlərdən, komanda yoldaşlarımdan üzr istəyirəm. Bir idmançı, ictimai şəxs kimi belə hərəkətə yol verməməli idim. Özümü idarə edə bilmədim.
Etiraf edirəm ki, belə hərəkətə yol verməklə həddimi aşmışam. Münaqişədən sonra bu hərəkətimə görə üzr istəmişdim. Yenə də üzr istəyirəm. Artıq dərs almışam. Həbsxana bunu mənə öyrətdi.
Çox istərdim ki, azadlığa çıxım, yenidən idmanla məşğul olum, aktiv fəaliyyət göstərim. Mənə verdiyiniz dəstəyə görə hər birinizə təşəkkür edirəm. Bu dəstək, mənim üçün çox vacibdir”.
Kokorin, onun qardaşı Kiril, "Krasnodar”ın futbolçusu Pavel Mamayev və onların dostları Aleksandr Protasovski ötən ilin oktyabrında ictimai yerdə xuliqanlıq etdikləri, dövlət məmurlarına xəsarət yetirdikləri üçün həbs ediliblər, Hazırda hadisə ilə bağlı istintaq araşdırması davam edir.
banner

Oxşar Xəbərlər