• çərşənbə, 24 Aprel, 07:53
  • Baku Bakı 13°C

“Sehrli üzük” hazırlanır

14.11.14 14:42 1504
“Sehrli üzük” hazırlanır
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. “Kaspi”-yə verilən məlumata görə, Azərbaycan xalq nağılı “Sehrli üzük”ün motivləri əsasında teatrın istedadlı gənc rejissorlarından olan Anar Məmmədovun səhnələşdirməsində hazırlanan eyniadlı tamaşa ilin sonlarında balacaların ixtiyarına veriləcək.
Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyrin şər üzərindəki qələbənin nümayişi olacaq.
Özünün maraqlı süjet xətti və ideyası olan nağıl nümunəsinə yeni prizmadan baxan, onu çağdaş elementlərlə daha baxımlı etməyə çalışan rejissor tamaşaya yeni yozum verib. Beləcə bütün mübarizələrin sonunda qələbənin mümkünlüyü uşaqların hiss edəcəyi tərzdə səhnə ifadəsini tapıb.
Uşaqlara qorxmazlıq və özünə inamı tərənnüm edən tamaşanın rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Tamaşada rolları İqbal Əliyev, Cəmilə Allahverdiyeva, Elnur Xəlilov, Elmira Rəhimova, Cavid Telman oynayır.
banner

Oxşar Xəbərlər