• çərşənbə, 24 Aprel, 19:21
  • Baku Bakı 23°C

Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub

15.01.18 09:20 746
Şəhriyar Məmmədyarov "Tata Steel Chess" turnirinin II turunu qələbə ilə başa vurub
Şəhriyar Məmmədyarov şahmat üzrə "Tata Steel Chess" superturnirinin ikinci turunu qələbə ilə başa vurub.
Trend-in məlumatına görə, turnir Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilir.
33 yaşlı qrossmeyster qara fiqurlarla çinli qadın şahmatçı Hou Yifanı üstələyib. 48-ci gedişdə Yifan təslim olub. Məmmədyarov aktivindəki xalı 1,5-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib.
Qeyd edək ki, sabah Şəhriyar Məmmədyarov üçüncü tur çərçivəsində ağ fiqurlarla rusiyalı Maksim Matlakovla üz-üzə gələcək.
banner

Oxşar Xəbərlər