• cümə, 29 Mart, 01:55
  • Baku Bakı 7°C

Şəhriyar Məmmədyarov dördüncü mərhələdə iştirak edəcək

10.08.19 10:15 5579
Şəhriyar Məmmədyarov dördüncü mərhələdə iştirak edəcək
Avqustun 10-da Sent-Luisdə "Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.
AZƏRTACxəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnirdə, həmçinin hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav, amerikalı şahmatçılar Fabiano Karuana, Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren, Yu Yanqi, ermənistanlı Levon Aronyan, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport mübarizə aparacaqlar. Turnir avqustun 15-dək davam edəcək.
Yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.
Xatırladaq ki, Parisdə keçirilmiş "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsini Şəhriyar Məmmədyarov 15 xalla 8-ci pillədə başa vurub. Turnirin qalibi 21 xalla Maksim Vaşe-Laqrav (Fransa) olub.
Turnirin beşinci mərhələsi də Sent-Luisdə (avqustun 16-dan 30-dək) keçiriləcək. Yarışın sonrakı mərhələləri - noyabrın 4-dən 11-dək Buxarestdə, 20-dən 27-dək isə Kəlkətə şəhərlərində baş tutacaq. Final mərhələsi isə noyabrın 30-dan dekabrın 10-dək Londonda təşkil ediləcək.
banner

Oxşar Xəbərlər