• çərşənbə, 24 Aprel, 18:21
  • Baku Bakı 23°C

Şəhriyar Berlində erməniyə azarkeşlik edən azərbaycanlılardan şikayətləndi

28.03.18 12:20 823
Şəhriyar Berlində erməniyə azarkeşlik edən azərbaycanlılardan şikayətləndi
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində keçirilən şahmat üzrə iddiaçıların Turnirindəki çıxışını dəyərləndirib.
Kaspi.az xəbər verir ki, "Şah” "facebook” hesabında onu dəstəkləyənlərə təşəkkür edib. O, azərbaycanlılardan italyan, erməni şahmatçıları dəstəkləyənlərin olduğunu da qeyd edib:
"Salam dostlar, bu gün günlərdən sadəcə, dincəlməkdi. Sizdən şikayətim yoxdur, sadəcə, məni dinləyin. Zamanım az olsa da, sizləri izlədim. Azərbaycanlı olsam da, mənə yox, italyana, erməniyə olan dəstəyi də gördüm.
Demək istədiyim odu ki, yaxşı ki, varsız. Sizlərə birinciliyi yaşada bilmədim, sorry (bağışlayın). Amma sonuncu olmağı yaxına belə buraxmadım. Çox sağ olun ki, mənə sona kimi inandınız.
Sizin bütün mesajlarınızı aldım. Cavab almadınızsa, üzrlü sayın, sadəcə, inanın. Yaxşı ki, varsız. Biz geri qayıdacağıq. Uğurlar və 100 dəfə çox sağ olun”.
banner

Oxşar Xəbərlər