• cümə, 29 Mart, 11:23
  • Baku Bakı 5°C

Səhiyyə Nazirliyindən ana və uşaq ölümlərilə bağlı Açıqlama

30.10.13 11:42 1490
Səhiyyə Nazirliyindən ana və uşaq ölümlərilə bağlı Açıqlama
APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında deyib ki, ana və uşaq ölümləri ilə bağlı qeydə alınan faktlar Səhiyyə Nazirliyinin Doğuşa yardım Komissiyası tərəfindən mütəmadi olaraq araşdırılır. A.Qədirli qeyd edib ki, burada xəstənin vəziyyəti, həkimlərin səhlənkarlığı və bu kimi digər məsələlərlə bağlı müəyyən yoxlamalar aparıldığından araşdırmalar uzun çəkir və müəyyən müddət tələb edir: “Ana ölümlərinin səbəbləri əsasən onların səhhətindəki qüsurlarla bağlıdır. Həkim səhvinin olması hələ ki, aşkarlanmayıb. Sonuncu baş verən 3-4 ana ölümü ilə bağlı da araşdırmalar gedir. Bu araşdırmalar həm doğuşa yardım komissiyası, həm də tibbi ekspertiza tərəfindən aparılır. Çünki orada 9 ay ərzində xəstənin hansı həkimlərə müraciət etməsi, bu müddət ərzində hansı həkimlərin onu yoxlaması və digər məsələlər yoxlanılır”.
A.Qədirli qeyd edib ki, ana və uşaq ölümləri ilə bağlı Səhiyyə Nazirliyi il ərzində bir neçə dəfə həm telekanallar, həm də mətbuat vasitəsilə rəsmi açıqlamalar verib: “Son statistik məlumatlara görə, ana ölümlərinin sayı artmayıb. Keçən il bu rəqəm 14 promil idisə, bu il də göstərici həmin rəqəmi keçməyib. Ölüm halları baş verəndən sonra biz konkret mövqe bildirməyə tələsmirik. Jurnalistləri də tələsməməyə çağırırıq. Çünki tibbi ekspertiza var, həkim, xəstənin qohumları emosional vəziyyətdə nə isə demiş ola bilər. Bunların hamısı araşdırılandan sonra yekun qərar və açıqlama verilə bilər”.
banner

Oxşar Xəbərlər