• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Səhiyyə Nazirliyindən 5 klinikaya xəbərdarlıq - Siyahı

05.02.14 14:39 1423
Səhiyyə Nazirliyindən 5 klinikaya xəbərdarlıq - Siyahı
“Səhiyyə Nazirliyi 5 özəl klinikaya ciddi xəbərdarlıq edib”. Bunu Lent.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib.
Nazirlik sözçüsü vurğulayıb ki, fəaliyyətində nöqsanlar aşkar edildiyi üçün “Laçın”, “HB Güvən”, “Fin Azərbaycan”, “Ava Skandinaviya”, “Hind” klinikalarına xəbərdarlıq olunub: “Nazirliyin xəbərdarlığında klinikalara həmin qüsurları qısa bir vaxt ərzində aradan qaldırılması da öz əksini tapıb”.
”Nazirlik digər tibb müəssisələrində yoxlamalar aparacaqmı?” sualına A. Qədirli belə cavab verib: “Səhiyyə Nazirliyi digər qurumlarla birgə mütəmadi olaraq yoxlamalar aparır”.
banner

Oxşar Xəbərlər