AZE | RUS | ENG |


Səhiyyə Nazirliyi: Ötən il 76 min donordan 36 ton qan tədarük olunub

Səhiyyə Nazirliyi: Ötən il 76 min donordan 36 ton qan tədarük olunub
Ötən ilin 11 ayında respublika üzrə donor sayı 76692 nəfər olub və onlardan 36,369 ton qan tədarük edilib.
 
APA-nın xəbərinə görə, Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova bildirib ki, Aşura günü 4141 nəfər qan verib, onlardan 1863,8 litr qan alınıb.
 
Onun sözlərinə görə, 2016-cı ildə Mərkəzi Qan Bankında 44393 nəfər qan verib. Bu qanlardan 17952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7324 vahid eritrosit kütləsi və 4 062 vahid TDP isə Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alan xəstələrə buraxılıb: "2010-cu ildə respublika üzrə 46 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6% artaraq 75 184 nəfər olub ki, bu rəqəmin də təxminən 54,5%-i bankın donorlarının payına düşür. 40 972 nəfər donor MQB-na qan verib. Respublika üzrə 2010-cu ildə 21 ton 131 litr, 2015-ci ildə 36 ton 598 litr qan tədarük edilib”.
 
N .Abbasova əlavə edib ki, Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiyalı xəstələrin müalicəsinin müasir səviyyədə aparılmasına nail olunub. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacının tam təmin edildiyini deyən direktor müavini qeyd edib ki, artıq talassemiyanın radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyasının da yerinə yetirilməsinə başlanıb.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202