• cümə, 19 Aprel, 05:00
  • Baku Bakı 18°C

Səhiyyə Nazirliyi: Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb

15.01.18 11:30 460
Səhiyyə Nazirliyi: Körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb
Gəncə şəhər Səhiyyə İdarəsində "Azərbaycan Respublikasında uşaq ölümünün azaldılmasına yönəldilmiş Tədbirlər Planı”na həsr edilmiş müşavirə keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirənin əsas məqsədi ölkədə uşaq ölümlərini azaldaraq birrəqəmli səviyyəyə çatdırmaq və bu göstəriciləri dünyanın ən inkişaf etmiş ölkələrinin sırasına çatdırmaqdan ibarət olub.
Tədbirdə bildirilib ki, keçən 25-30 il ərzində ölkədə körpə və uşaq ölüm göstəricisi üç dəfəyə qədər azalıb.
Müşavirədə 2017-ci il ərzində region üzrə baş vermiş uşaq ölümləri təhlili aparılıb.
banner

Oxşar Xəbərlər