• cümə, 29 Mart, 17:33
  • Baku Bakı 14°C

Səhiyyə Nazirliyi: İslamiada başlayandan 69 nəfər xəstəxanalara yerləşdirilib

22.05.17 14:00 728
Səhiyyə Nazirliyi: İslamiada başlayandan 69 nəfər xəstəxanalara yerləşdirilib
Azərbaycanda keçirilən 4-cü İslam Həmrəylik Oyunları ilə bağlı səhiyyə müəssisələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, müraciət edən yerli və xarici vətəndaşlara bütün zəruri tibbi yardım göstərilir. Səhiyyə NazirliyindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, oyunlar başladığı vaxtdan indiyə kimi beynəlxalq yarışa xidmətlə bağlı ayrılmış Bakı Sağlamlıq Mərkəzinə və Kliniki Tibbi Mərkəzə 69 müraciət daxil olub və müayinə aparılıb. 49 nəfərə zəruri ambulator yardım göstərilib, 25 nəfər isə stasionara yerləşdirilib. Stasionara yerləşdirilənlərin müalicəsi uğurla həyata keçirilib. Müraciətlər müxtəlif xarakterli, əksəriyyəti yerli, kiçik travmalar və zədələrlə bağlı olub.
Xəstəxanalara daxil olan müraciətlərdən 5-i Bakı Sağlamlıq Mərkəzi, qalan 64-ü isə Kliniki Tibbi Mərkəzə olub.
Kliniki Tibbi Mərkəzdə İslamiada ilə bağlı yaradılmış işçi qrupunun məsul nümayəndəsi, xəstəxananın əməliyyat blokunun şöbə müdiri Aydın ƏlizadəAPA-ya bildirib ki, Kliniki Tibbi Mərkəzə 43-ü əcnəbi, 21-i isə yerli vətəndaşolmaqla ümumilikdə 64 müraciət edilib. Onun sözlərinə görə, həmin şəxslərdən ambulatora 41, stasionara isə 23 nəfər yerləşdirilib: "Xarici vətəndaşlar arasında idmançılar, məşqçilər, müxtəlif xidmət sahələrində olan insanlar olub. Onlar əsasən Yəmən, Səudiyyə Ərəbistanı, Kamerun, Fələstin, İordaniya, Misir, Türkiyə, Özbəkistan vətəndaşlarıdır. Müraciətlər arasında travmalar, oyun zamanı zədələnmələr üstünlük təşkil edib. Məsələn, İordaniyadan məşqçi, missiya rəhbəri səhhətində yaranan narahatlıq, fələstinli taekvandoçu müxtəlif travma, misirli boksçu gözətrafı almaçıq sümüyünün zədələnməsi, türkiyəli məşqçi allergik reaksiya, uşi idman növü üzrə idmançı üz-çənə nahiyəsinin zədələnməsi, özbəkistanlı cüdoçu yarış zamanı aldığı zədə və digər diaqnozlarla əcnəbi vətəndaşlar xəstəxanada müayinə, müalicə olunub. 21 yerli vətəndaşda isə travma, ürək ağrıları, təzyiq, allergik reaksiya və digər hallar müşahidə olunub. Xəstəxanaya yerləşdirilən əcnəbilərin hər biri artıq evə buraxılıb. Bu gün Kliniki Tibbi Mərkəzdə İslamiadada iştirak edən və konkret xəstəliyi olan 3 nəfər könüllünün müalicə və müayinəsi davam etdirilir”.
Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov isəAPA-ya bildirib ki, oyunlar çərçivəsində Bakı Sağlamlıq Mərkəzinə 5 nəfərmüraciət edib.H.Həsənov bildirib ki, xəstələrdən 4-ü əcnəbi, 1-i isə yerli vətəndaşdır: "Əcnəbilərin hamısı idmançılar olub. Belə ki, ilk müraciət Mərakeşdən olan idmançı Luyeqa Vagiyev ilə bağlı olub. Qulağında iltihab olan idmançıya lazımi köməklik göstərildikdən sonra evə yazılıb.Bundan başqa,xəstəxanaya 3 idmançının qan analizləri göndərilib. Bunlar Yuliyana Ah Sadeq, İmorou Ğucwa və Cəmili İchamdır.Onlardan şəkər, zob, revmatest üçün qan analizləri müayinə edilib və müəyyən dəyişikliklərin olduğu məlum olub. Şənbə günü isə 1 nəfər Azərbaycan vətəndaşı-Tahirova Mahirə şəkər və təzyiq diaqnozu ilə xəstəxanaya gətirilib. Ona da lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıb”.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimin müavini Murad Mirzəzadə isəAPA-ya bildirib ki, oyunlar başlayandan indiyədək kimi xidmətə 152 müraciət daxil olub və onlardan 103 nəfəri yerli, 49 nəfəri əcnəbi vətəndaşdır. Təcili yardıma müraciət edən 25 yerli vətəndaş, 19 əcnəbixəstəxanalara yerləşdirilib.
banner

Oxşar Xəbərlər