• çərşənbə axşamı, 19 mart, 13:00
  • Baku Bakı 8°C

Şəhidlərin ailə üzvləri və əlillərlə görüş keçirilib

19.01.18 15:40 496
Şəhidlərin ailə üzvləri və əlillərlə görüş keçirilib
Müasir Azərbaycan tarixinin silinməz qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü Lənkəranda silsilə tədbirlərlə anılıb. Bu münasibətlə Lənkəran Şəhər İcra Hakimiyyətində 20 Yanvar şəhidlərinin ailə üzvləri və həmin hadisələr zamanı sağlamlığını itirmiş əlillərlə görüş keçirilib. Görüş iştirakçıları Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş azadlıq mücahidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Lənkəran Şəhər İcra hakimiyyətinin başçısı Taleh Qaraşov 20 Yanvar hadisələrini milli azadlıq hərakatının zirvəsi adlandırıb, bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığının heç vaxt unudulmayacağını, xalqın yaddaşında əbədi yaşayacağını deyib. İcra başçısı ölkədə, o cümlədən Lənkəranda şəhid ailələrinə göstərilən qayğı və diqqətdən danışıb və bu xəttin davamlı olacağını deyib.
20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillər tədbirdə çıxış edərək onlara göstərilən dövlət qayğısına görə cənab Prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü onların ailələrinə rayon icra hakimiyyəti tərəfindən müvafiq yardımlar olunub.
Xatırladaq ki, 1990-cı ilin yanvarında Lənkəran 11 oğlunu şəhid verib.
banner

Oxşar Xəbərlər