• cümə axşamı, 25 aprel, 14:37
  • Baku Bakı 23°C

Şəhidlər yad edilib

19.01.15 17:33 1314
Şəhidlər yad edilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində 20 Yanvar hadisələrinin 25-ci il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə 20 Yanvar hadisələrinin canlı şahidi olmuş YAP İdarə Heyətinin üzvü, partiyanın icra katibliyinin müşaviri Kərim Kərimov qonaq qismində iştirak edib. Kərim Kərimov gənclərə 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli birliyinin idarə əzmini sarsıtmaq üçün törədilən bir faciə olduğunu qeyd edib. Həmin hadisənin hüquqi-siyasi qiymət almasında ümummilli lider Heydər Əliyevin fəaliyyətindən, həmçinin hadisə qurbanlarının ailəsinə göstərilən dövlət qayğısından geniş söhbət açıb.
Sonra gənclərə 20 Yanvar hadisələrini özündə əks etdirən video çarx nümayiş olunub.
Video çarxın nümayişindən sonra tədbirdə iştirak edən gənclər də faciə barədə fikirlərini səsləndiriblər.
banner

Oxşar Xəbərlər