• cümə axşamı, 25 aprel, 17:56
  • Baku Bakı 23°C

Şəhidlər ucaldı, şahidlər qocaldı

26.02.14 08:57 1754
Şəhidlər ucaldı, şahidlər qocaldı
Boz-bulanıq havanın sir-sifətindən sanki Xocalı qətliyamının ağırlığı boylanır. 22 ildir ki, fevral ayı başlayan kimi ovqatımın dəyişdiyini hiss edirəm. Cismim burda, ruhum o yerlərə uçur. Keçirdiyim hisslərin adını indiyə qədər tapa bilmirəm. Çəkdiyim möhnəti, xiffəti heç nə ilə müqayisə etmək olmur. Daşın daş bağrını çatladan o fəlakətin dəhşətini yaşamaq çox çətindi. Yaxşı ki, bu ayda dünyaya yeni körpələr gəlir. Onlar mənim solmuş çəmənimə bir ümid toxumu səpirlər. “Biz varıq” deyirlər. Öz uşaqlığım yadıma düşür. Ah, ürəyi geniş, humanist nənələrimiz. Həmişə bizi qorxutmaq üçün “xoxan gəldi” söylədilər. Qonşu Nvardsa öz “dığa”larını türkün gələcəyi ilə hədələdi. Əslində, erməni adlanan iki ayaqlı vəhşinin heç meşədə də bənzəri yoxdur.
Şərqin böyük təfəkkür sahibi Sədi Şiraziyə məxsus fikirdir:
Ermənidir yer üzünün Əhriməni,
İnsanlığın düşmənidir, düşməni.
“Əhrimən” sözünün mənası şər və zillət mənbəyi deməkdir. Millətimizin taleyinə yazılan amansızlığın bəlkə də ən birincisi onun ermənilərlə qonşuluqda yaşaması, öz ərazisində, öz halal torpağında bu namərdlərə yer verməsidir. Məşhur tarixçi V.L.Veliçiko yazırdı: “Ermənilər haqqında çox-çox qədimlərdən pis bir fikir yaranıb və şübhəsiz ki, bu əsassız deyildir. Ona görə ki, əsası olmasaydı bütöv bir xalq haqqında həm də müxtəlif dövrlərdə belə bir fikir yarana bilməzdi”. Mənfur təbiətə malik olan ermənilər həmişə xalqımıza, millətimizə soyqırımlar, terror aktları, repressiyalar həyata keçiriblər. Böyük rus şairi A.S. Puşkinin “Sən kölə, sən oğru, sən ermənisən” sözləri illərdir ki, sülhsevər insanların dilinin əzbəridir. Ermənilərin alçaqlığı, vəhşiliyi, namərdliyi haqqında dünyanın çox məşhur insanları öz fikirlərını bildiriblər. “Qobusnamə”də (1082-1083-cü illərdə yazılıb) oxuyuruq: “Erməni bədfel, kündə bədən, oğru, gözügötürməyən, bir ayağı qaçmaqda olan, əmrə baxmayan, yersiz hay-küy salan, vəfasız, ziyankar, söyüşsöyən, ürəyi kinli, ağasına düşmənçilikdir”.
Bəşəriyyət o zaman xoşbəxtliyə, əminamanlığa, sülhə, dinc yaşayışa, əsl səadətə qovuşar ki, terrorun kökünü yerli-dibli kəsə bilsin. Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir. Terroru da, soyqırımı da, dəhşətli fəlakətləri də törədənlərdən biri, ona ilham verəni məhz Ermənistan dövlətidir, erməni siyasətidir. “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin törətdikləri vəhşilikləri saymaqla bitəsi deyil. Hərdən təəccüblənirsən ki, erməni tarixçilərinin, yazıçılarının bəziləri öz vəhşiliklərini , nədənsə etiraf etməkdən çəkinməyiblər. M. Nalbandyana məxsus fikirdir: “Mən ermənilərin sakini olduğu bir neçə yeri gəzmişəm. Daim xalis ermənicə olan bir şey duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir”. Elə yerinə yetmədiyi üçün də var olduqları gündən işğalla, qəddarlıqla, oğurluqla məşğuldurlar. Hələ sovet dövründə SSRİ-də məşhurlaşan və Lenin haqqında çoxlu kitabın müəllifi kimi tanınan , Moskvada yaşayan erməni yazıçısı M.Şaqinyan hər dəfə İrəvanda olanda daşnaqları başına toplayaraq (Hətta rəsmi məclislərdə belə-F.X.) onlara bir tövsiyyəsini təkrar-təkrar verərdi: “Siz bələkdəki körpənizə mütləq bildirin ki, türk onun düşmənidir. Onların ərazisində torpaqlarımız var”. Ermənilərin məşhur şairəsi S.Kaputikyan daha irəli gedərək heç nədən çəkinmədən televiziya vasitəsilə əməl dostlarına müraciət edirdi: “böyük Ermənistan yaratmaq üçün türkü sən son nəfərə kimi qırmalısan”. Hətta başqa bir müsahibəsində: “türk öldürməyən bizdən deyildir”,-söyləyirdi. Şahidlər unutmayıblar ötən əsrin sonlarında öz qaraguruhçu kütləsi qarşısında çıxış edərək onları daha da qızışdırırdı: “Sən türk öldürməkdən həmişə qürur duymalısan”. Milli qəhrəmanları Aşota həsr olunmuş bir əsərdə onun dilindən verilən sözlərə diqqət yetirək: “ Mənim qılıncımdan türk qanı axıb töküləndə, mən onu tapdayanda rahat olacağam”. Bu qanlı əməl həmişə erməni quldurlarının məqsədi olub. Başqa bir şovinistləri-Artunyan isə “türk öldürməyən erməni öz əli ilə özünü öldürsün “ deyirdi. Sovet dövründə yaşamış, şəninə təriflər yağdırılan, “xalqlar dostluğunun carçısı” adlandırılan H.Tumanyan isə öz hekayələrinin birində yuxusunda türk görən erməninin dəli olmasını tərənnüm edib.
Ötən əsrin 80-ci illərində Zori Balayan “Ocaq” kitabı ilə erməniləri türklərə qarşı tükürpədici müharibəyə çağırdı. Sonrakı əməlləri də məlumdur. Xüsusi ilə də “Ruhumuzun canlanması”adlı bədnam kitabında 13 yaşlı türk uşağının başına gətirdiyi dəhşətdən- onu diri-diri soymasından necə ləzzət almasını təsvir etməsi insanlığa sığası deyil.
Elə Xocalı fəlakəti də məhz Ermənistanın türk millətinə qarşı yeritdiyi soyqırımı siyasətinin tərkib hissəsidir. Bu faciə zamanı şəhid olmuş, əsir və girov düşmüş, qətlə yetirilmiş insanların rəqəmlə ifadə olunmuş siyahısına baxanda adamın varlığından gizilti keçir. Lentə köçürülmüş məqamları da sadəcə seyr etmək mümkün deyildir. Tükürpədici “mənzərələr” adamın varlığına ifadəsi dəqiq bilinməyən dəhşətli hisslər, vahimə gətirir. İnsan adlanan bəşər övladı bu dərəcədə qəddarlığı necə bacarır?
Yer üzündən silinmiş bir şəhərin acı taleyi 22 ildir ki, çəkilməz ağır bir dərdlə bizi əzməkdədir. Bu öldürülmüş şəhərin qəhrini heç hara yazmaq olmur. Ruha dönmüş, ruhlara qoşulmuş Xocalının başına gətirilən müsibətin, vəhşətin, dəhşətin ağrısından qurtula bilmirik. O günümüzə, güzəranımıza şeirləri ilə ağı deyən rəhmətlik Şahmar Əkbərzadənin misraları iliyimizə işləyərək dərdimizi dilə gətirib:
Yerlərə, göylərə sığmaz bu günah,
Vətən güllələndi, müsibətə bax,
Öləni torpağa gömərlər, Allah,
Bəs ölmüş torpağı hara basdıraq?
Dağlarımızın başına od yağdırıldı, torpağımıza kül töküldü, çaylarımızdan qan axıdıldı. Harayımıza yetən olmadı. Xocalı namərd qonşularımızın vəhşiliyi sayəsində şəhid yurduna döndü, özü də şəhid oldu.
1996-cı il fevralın 24-də xocalılarla görüşən ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının xalqımızın mübarizə tarixində xüsusi yeri olduğunu bildirərək demişdir: “Bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, vətəninə sədaqətinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır, vəhşiliyin görünməmiş bir təzahürüdür... Əgər Xocalı faciəsi bir tərəfdən erməni işğalçılarının vəhşiliyinin nəticəsi olubsa, ikinci tərəfdən bizim dövlət orqanlarının, o vaxt respuplikaya rəhbərlik edən səlahiyyətli şəxslərin cinayətkarlığı, hətta deyərdim, xəyanəti nəticəsində olubdur. Ona görə də biz bu soyqırımını pisləməliyik, ermənilərin bu vəhşiliyini dünyaya göstərməliyik, onları bir vəhşi kimi ifşa etməklə yanaşı, eyni zamanda, özümüzə etdiyimiz cinayəti, xəyanəti də aşkar etməliyik.”
Şair Nüsrət Kəsəmənlinin “Xocalı harayı” adlı şerinin son bəndindəki fəryad varlığımızı titrədir:
Xocalı xocam mənim!
Ölümdən ucam mənim!
Bir gün öpəm torpağın,
Daşını qucam sənin.
Ruhlar şəhərinə çevrilən Xocalının harayı yanaqlarımızdan mirvari kimi tökülsə də , qolları binədən yaralı, yolları bağlı dağların həsrətinə necə dayandıq, təəcüblüdür?! Nənələrin deyimindən keçib gəlmiş bir bayatıda olduğu kimi: “daş olsaydıq əriyərdik, insan idik dözə bildik”. Xocalı yolunda Aqilin, Əlifin qəhrəmanlığı, mərdliyi namərd gülləsinə tuş gəldi. Haqqısızlıq yeri-göyü bürüdü, igidlər işıqlı sabah üçün canlarını vətən uğrunda fəda etdilər. Qəhrəman oğullarımız ölümə meydan oxudular. Qarabağın qara düyünə düşmüş bəxti Xocalının taleyinə bu qədəri yazdı:
Ruhlar oda düşdü, cəsədlər buza,
Qırılıb qaldıqca dağda-dərədə.
Ölüm elə qıydı el-obamıza,
Əlimiz yetmədi şəhidlərə də.
İndi şəhidlərimiz ətəyinə heç kəsin əlinin yetə bilməyəcəyi bir şərafət məkanında, sağ qalan bizlərsə həyatın adiliyindəyik. Beləcə şəhidlər ucalıqda, şahidlər isə qocalığa doğrudur. Bu andaca şəhidlik zirvəsindən boylanan yaxın qohumum Aqil Quliyevin siması gözümün önündə dayandı. Yadıma 20 yanvar şəhidi Ülvi Bünyadzadənin şah misrası düşdü:
Bir ölümün acığına...
Həqiqətən də qoy ölüm sevinməsin!.. Vətən, torpaq uğrunda canını qurban verənlər nura qənşər bir ömrün əbədi yoçularıdırlar. Onlar nə unudulurlar, nə də yaşlaşırlar. Nəsillər bir-birini əvəz edir. Şəhidlər isə örnək və nümunə olaraq əbədi yaşayırlar. Bizim ucaboylu, qaragözlü Aqilimiz kimi...
O Aqil Quliyev ki nəslimizin, pərən-pərən düşmüş elimizin qeyrətli balası idi. O Aqil Quliyev ki, atası müəllimim olmuşdu, mənə Vətəni sevməyi, Vətən yolunda hər cür əzaba dözməyi, sinə gərməyi öyrətmişdi. O Aqil Quliyev ki, mənim çox sevdiyim Sahib əmimin ciyər-parası idi. Zəngəzurun Urud kəndində doğuldu, Ukraynada ali təhsil aldı, Qarabağda - Xocalıda şəhid oldu. Cəbhədə göstərdiyi igidliyə və şücaətə görə Aqil Quliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev Vətənin bu yüksək mükafatını qəhrəmanın atası Sahib Quliyevə təqdim etmişdi. İndi Sahib əmim də haqq dünyasına qovuşub. Mərd və dəyanətinə görə böyük hörmət və nüfuz sahibi idi. Elə övladlarını da bu ruhda tərbiyə etmişdi. Bu məramın bəhrəsi idi ki, iki oğlu milli qəhrəman oldu. Nəsimi Quliyevin döyüş yolu ayrıca bir mövzudur...
Bu gün hər birimiz Xocalı uğrunda döyüşməliyik. Bəşər onun sinəsində qara ləkəyə dönmüş “Xocalı soyqırımı” adlı ağır yarasına gecikmiş məlhəmini çəkməlidir. Güllələnmiş insanların, güllələnmiş torpağın, güllələnmiş körpələrin harayını eşidin! Bunu bizdən və sizdən zaman tələb edir! Bunu bir də qanları Xocalı düzlərinə yayılmış igidlərimizin - Aqil Quliyevin, Əlif Hacıyevin, Tofiq Hüseynovun, İnqilab İsmayılovun, Hikmət Nəzərlinin... eləcə də adları bəlli olmayan, süngülərə taxılmış məsum körpələrin ruhu tələb edir!
Flora Xəlilzadə,
əməkdar jurnalist
banner

Oxşar Xəbərlər