• şənbə, 20 Aprel, 12:43
  • Baku Bakı 23°C

Şəhid övladları və kimsəsiz uşaqlar üçün pulsuz təhsil kursu

07.12.18 15:30 1119
Şəhid övladları və kimsəsiz uşaqlar üçün pulsuz təhsil kursu
Azərbaycan Bayrağı ordenli aprel şəhidi mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım" İctimai Birliyi təsis edib. Birlik şəhid övladlarının təhsil almasına yardım edəcək. P.Musazadə bildirib ki, könüllü müəllimlər-birlik üzvləri şəhid övladlarına və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçəcək, maddi və mənəvi dəstək göstərəcəklər: "Təbriz övladlarının, onların timsalında millətin gələcəyi olan bütün uşaqların təhsil almasını, Vətən üçün layiqli övlad kimi böyümələrini arzulayırdı. Hətta təşkilat yaradıb əlindən gələn köməkliyi göstərməyi düşünürdü. Onun arzusunu yerinə yetirməyə çalışıram. Mən Təbrizin yadigarı - Tayfun və Onurun atasına layiq övlad kimi böyüməsi üçün əlimdən gələni edirəm. Övladlarım kimi bütün şəhid övladlarının təhsil almasına az da olsa yardım etmək istəyirik. Qoy canını bu Vətənə fəda edənlərin övladları ilə bağlı arzuları yarımçıq qalmasın".
P.Musazadə onu da əlavə edib ki, təşkilatın könüllüləri arasında psixoloq və həkimlər də var: "Onlar səhiyyə sahəsində yardım edəcəklər. "Biz bütün könüllüləri ətrafımızda birləşməyə çağırırıq. Dövlət şəhid ailələrinə qayğı göstərir, biz də əlimizdən gələni əsirgəməyək. Hər kəsidəstək olmaqa çağırıram".
Qeyd edək ki, dekabrın 8-də Qarabağ əlilləri, şəhid ailələri və ictimai xadimlərin iştiraki ilə Beynəlxalq Mətbuat Mərkəzində təşkilatın təqdimatı keçiriləcək.
banner

Oxşar Xəbərlər