• cümə axşamı, 28 mart, 14:45
  • Baku Bakı 16°C

Şəhid övladları Türkiyəyə səfər edəcəklər

12.03.18 14:15 793
Şəhid övladları Türkiyəyə səfər edəcəklər
Türkiyədə fəaliyyət göstərən Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar "Azərbaycan-Türkiyə şəhid övladları qucaqlaşırlar” layihəsinin icrasına başlayıb. Bu barədəAZƏRTAC-a Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Dərnəyin sədri Cəvahir Əhmədova çıxışında bildirib ki, Türkiyə Baş Nazirliyinin Tanıtım Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Türkiyədən və Azərbaycandan olan şəhid uşaqlarını, ailələrini görüşdürmək, onları ölkələrimizin tarixi, mədəniyyəti ilə yaxından tanış etmək, eyni zamanda, Afrin əməliyyatında Türkiyə dövlətinə, ordusuna mənəvi dəstək olmaqdır. Bu məqsədlə Azərbaycanın şəhid övladlarından ibarət 38 nəfərlik qrup martın 15-dən 27-dək Türkiyədə səfərdə olacaq. Şəhid övladları Ankarada Anıtqəbiri, Türkiyə Baş Nazirliyində, Böyük Millət Məclisində olacaq, rəsmi şəxslərlə görüşəcəklər. Onların həmçinin Bursaya və Eskişehirə səfəri planlaşdırılır. Şəhid övladlarının səfəri Afyonkarahisar, Kocatepe şəhidliyi, Çanaqqaladan keçərək İzmirdə başa çatacaq.
Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin fəaliyyət göstərdiyi İzmirdə Türkiyədən olan şəhid uşaqları və ailələri ilə görüş, birlikdə tarixi və mədəni yerlərə gəzinti təşkil olunacaq. Səfər müddətində şəhid uşaqlarını bir həkim, iki tarixçi alim, bir psixoloq və altı nəfərdən ibarət nəzarətçi qrup müşayiət edəcək.
Qeyd edək ki, layihənin ikinci mərhələsi 2018-ci ilin sentyabrında başlayacaq və Türkiyədən Azərbaycana 50 şəhid övladı səfər edəcək.
banner

Oxşar Xəbərlər