AZE | RUS | ENG |

Şəhid qızını vurub öldürən şəxsin məhkəməsində müstəntiq ifadə verib

Şəhid qızını vurub öldürən şəxsin məhkəməsində müstəntiq ifadə verib
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vüqar Abbasov ifadə verib. O, Bakı şəhər Baş Polis İdarəsinin sərəncamında olduğunu, əvvəllər Səbail rayon Polis İdarəsinin müstəntiqi olduğunu deyib. Bildirib ki, təqsirləndirilən şəxsi cinayət işinin istintaqı zamanı tanıyıb: "Hadisə noyabrın 8-də baş verib. Mənə məlumat verilən kimi hadisə yerinə getdik. Avtomaşının nömrəsi üzərində deyildi, baqajdan çıxdı. Sürücünü soruşdum, orada yox idi. Sonra Əmrulla adında bir nəfər gəldi və o, sürücü olduğunu dedi. Əmrullanı dindirən zaman bildim ki, yalan danışır. Mən onun ifadəsini aldım və cinayət işi başladım. Bundan sonra rəhbərliyə məlumat verdim. Sonra təqsirləndirilən şəxs müəyyən edildi və axtarışa verildi. Rəhim özü gəlib təslim oldu və biz cinayət işini tamamlayıb məhkəməyə göndərdik".
 
Proses davam edir.
 
Qeyd edək ki, ötən il noyabrın 8-də Səbail rayonu, Salyan yolu küçəsində Bakı şəhər sakini, 42 yaşlı Könül Elton qızı Əkbərova yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyərkən "Jeep Grand Cherokee” markalı avtomaşınla vurulub və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
 
Sürücü isə hadisə yerindən qaçıb.
 
Faktla bağlı Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
 
İstintaq zamanı hadisə yerinə və avtomaşına, həmçinin ərazidəki təhlükəsizlik kameralarına baxış keçirilib, hadisə yerinin sxemi tərtib edilib, fotoşəkillər çəkilərək baxış protokoluna əlavə olunub, məhkəmə-tibb ekspertizası keçirilib.
 
Aparılmış profilaktiki tədbirlər nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəhim Rəhimov könüllü olaraq Səbail RPİ-nin 8-ci Polis Bölməsinə gələrək özünü istintaqa təqdim edib.
 
R. Rəhimovun atası Akif Rəhimovun "Xırdalan-Xəz” Açıq Tipli Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri olduğu bildirilir.
 
K. Əkbərova şəhid Elton Əkbərovun qızıdır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000