• cümə, 26 Aprel, 06:17
  • Baku Bakı 12°C

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı gələn il ərzində yekunlaşacaq

29.12.18 15:39 445
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı gələn il ərzində yekunlaşacaq
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı mühüm sosial əhəmiyyət kəsb edən sənəd olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasında daha bir mühüm bir addımın atılmasına səbəb olub.
Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan Fərmanın icrası olaraq, müvafiq işlər davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub və onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.
Ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub.
Eyni zamanda, dövlət başçısının qeyd olunan Fərmanının icrası işləri şəffaf, həmçinin vərəsələr üçün rahat müraciət prosedurunu nəzərdə tutan mexanizm üzərində qurulub. Vərəsələr yalnız notariat kontorlarına müraciət edir, aidiyyəti sənədləri təqdim edirək vərəsəlik şəhadətnaməsi alır. Bundan sonra notariat kontorları tərəfindən müvafiqə sənədlər elektron şəkildə nazirliyin informasiya sisteminə ötürülür. Növbəlilik qaydasında sənədlərə baxılaraq qərar qəbul olunur, daha sonda ödəniş vərəsənin bank hesabına köçürülür. Bu barədə ona sms vasitəsilə bildiriş göndərilir.
Digər şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı 2019-cu il ərzində yekunlaşacaq.
banner

Oxşar Xəbərlər