• şənbə, 20 Aprel, 09:12
  • Baku Bakı 14°C

Şəhid hərbçinin təltif olunduğu medal ailəsinə təqdim olunub

19.12.16 12:10 993
Şəhid hərbçinin təltif olunduğu medal ailəsinə təqdim olunub
Azərbaycan Ordusunun bu il aprel döyüşlərində şəhid olan hərbçisi, müddətdən artıq xidmət keçən hərbi qulluqçu, kiçik çavuş Əhmədov Rüstəm Oruc oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal valideynlərinə təqdim edilib.
APA-nın yerli bürosunun xəbərinə görə, Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şöbəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, onun xidmət etdiyi hərbi hissənin rəhbər şəxsləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib, qəhrəman hərbçinin ruhuna dualar oxunub.
Mərasimdə şəhidin hərbçi yoldaşları çıxış edərək Rüstəm Əhmədovun ən yaxşı döyüşçü olduğunu bildiriblər. Görüşdə şəhid hərbi qulluqçu Rüstəm Əhmədovun ötən ilin aprelində keçdiyi döyüş yolundan, Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıb, şəhidlərin qanının yerdə qalmayacağına və işğal altındakı torpaqlarımızın azad olunacağını bildiriblər.
Çıxışlardan sonra Rüstəm Əhmədovun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı valideynlərinə təqdim edib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Rüstəm Əhmədov aprelin 14-də cəbhənin Tərtər-Ağdərəistiqamətində, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmənin növbəti təxribatı zamanı açılan atəş nəticəsində şəhid olub. Şəhid hərbçi Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
banner

Oxşar Xəbərlər