• şənbə, 20 Aprel, 12:03
  • Baku Bakı 23°C

Şəhid hərbçimizin təltif edildiyi medal ailəsinə təqdim olunub

07.05.16 16:51 1329
Şəhid hərbçimizin təltif edildiyi medal ailəsinə təqdim olunub
Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçu Rəşid Rövşən oğlu Mehdiyevin layiq görüldüyü "İgidliyi görə” medalı onun ailəsinə təqdim edilib.
AZƏRTACxəbər verir ki, mayın 7-də Salyandakı Heydər Əliyev Mərkəzində şəhidin valideynlərinin, Müdafiə Nazirliyinin, rayonun rəhbər işçilərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi mərasimdə Rəşid Mehdiyevin qısa, lakin mənalı ömür yolundan ətraflı söhbət açılıb.
Bildirilib ki, Rəşid Mehdiyev Salyan rayonunun Xələc kəndində dünyaya göz açsa da, şərəfli ölümü ilə bütün Azərbaycanın övladı oldu. İndi onun keçdiyi döyüş yolu hamı üçün örnəkdir.
Rəşid Mehdiyevin ölümündən sonra təltif olunduğu medalı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov və Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani şəhidin anası Məxfurə Mehdiyevaya təqdim ediblər.
Şəhidin anası çıxış edərək, oğlu ilə fəxr etdiyini bildirib.



banner

Oxşar Xəbərlər