• cümə, 29 Mart, 02:10
  • Baku Bakı 7°C

Şəhid hərbçi dəfn olunub

15.12.17 12:10 1376
Şəhid hərbçi dəfn olunub
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusuSalahov Fizuli Süleyman oğlu bu gün dəfn olunub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhid Şabranın Gəndob kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Şabran Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti, kənd sakinləri iştirak edib.
Şəhid yaylım atəşi ilə son mənzilə yola salınıb.
F. Salahov 2003-cü ildə Silahlı Qüvvələrdə xidmətə başlayıb. Ailəlidir, iki oğlu var.
banner

Oxşar Xəbərlər