• çərşənbə, 24 Aprel, 15:31
  • Baku Bakı 27°C

Şəhid gizirin medalı ailəsinə təqdim olunub - FOTOSESSİYA

08.05.16 17:03 1230
Şəhid gizirin medalı ailəsinə təqdim olunub - FOTOSESSİYA
Silahlı Qüvvələrimizin şəhid giziri Ruslan Qalib oğlu Ağayevin Azərbaycan prezidenti adından müdafiə naziri Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı mayın 8-də ailə üzvlərinə təqdim edilib.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə şəhidin doğulduğu Lerik rayonunun Pirasora kəndindəki orta məktəbin həyətində medalın təqdimolunma mərasimi keçirilib.

Mərasimdə Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abdulla Qurbani, rayonunicra strukturlarının nümayəndələri, hərbi qulluqçular, həmçinin kənd sakinləri iştirak ediblər. Tədbirdə çıxış edənlər Vətən torpaqları uğrunda şəhid olmuş Ruslan Ağayevin daim xatirələrdə yaşayacağını, onun qısa, lakin mənalı ömür yolunun gələcək nəsillərə örnək olduğunu bildiriblər.

Daha sonra şəhidin layiq görüldüyü medal onun atasına təqdim olunub. Şəhidin atası Qalib Ağayev oğlunun xatirəsini əziz tutduqlarına, ailəsinə göstərilən qayğıya görə ölkə başçısına, rayon rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını çatdırıb.

Qeyd edək ki, Qazax bölgəsindəki N saylı hərbi hissədə müddətdən artıq xidmət keçən Azərbaycan Ordusunun giziri, 1991-ci il təvəllüdlü R.Ağayev 2015-ci il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə döyüş postunda olarkən Ermənistan SilahlıQüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub.




banner

Oxşar Xəbərlər