• cümə, 19 Aprel, 18:35
  • Baku Bakı 24°C

Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri keçirilib

27.01.19 12:32 651
Şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri keçirilib
Nərimanov rayonunda şəhid Fəxrəddin Qurbanlının xatirəsinə həsr edilmiş üzgüçülük turniri keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindənAZƏRTAC-a bildiriblər ki, turnirdə əvvəlcə Azərbaycanın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı Modern Təhsil Kompleksinin direktoru Mina Əliyeva çıxış edərək yarış iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıblar. Natiqlər qeyd ediblər ki, hər bir dövlətdə güclü ordunun yaradılması tarixi zərurətdir. Güclü ordusu olan dövlət yenilməzdir. Milli Orduda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur.
Sonra çıxış edən şəhid Fəxrəddin Qurbanlının əmisi Afiq Qurbanov və şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev bildiriblər ki, 2016-cı ilin Aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərdilər. Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə – ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Daha sonra üzgüçülük turnirinə start verilib. Komanda hesabında I yeri "Sərhədçi” OİM-nin, II yeri "Şüa” İdman Klubunun və III yeri Bakı Modern Təhsil Kompleksinin komandaları tutublar.
Sonda qaliblər müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.

banner

Oxşar Xəbərlər