• cümə, 19 Aprel, 12:04
  • Baku Bakı 25°C

Şəhid əsgər son mənzilə yola salınıb - Fotolar

09.04.14 14:26 1849
Şəhid əsgər son mənzilə yola salınıb - Fotolar
Füzuli istiqamətində hərbi tapşırığı yerinə yetirərkən mina partlaması nəticəsində şəhid olan əsgər Seyfəddin Kərimov bu gün son mənzilə yola salınıb. Dəfn mərasimində Gəncə şəhər rəhbərliyi, hərbçilər, hərbi orkestr və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin fəallarının “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən sağolsun!” şüarları və yaylım atəşlərinin sədaları ilə cəsur əsgər Seyfəddin Kərimov torpağa tapşırılıb, ruhuna dualar oxunub.
Qeyd edək ki, 1995-ci ildə Gəncə şəhərində dünyaya gələn Seyfəddin Kərimov Yunan-Roma güləşi üzrə 3 dəfə Azərbaycan çempionu olub. İdmanı həyatının ayrılmaz hissəsi hesab edən Kərimov dost-tanışları arasında və şəhərin idman həyatında böyük hörmət qazanıb. Sabah 19 yaşının tamam olduğu ən fərəhli günündə Seyfəddin Kərimov şəhidlik zirvəsində özünə yer alıb.
R.İSMAYILOVFotolar"> Fotolar"> Fotolar"> Fotolar"> Fotolar">

banner

Oxşar Xəbərlər