• cümə, 19 Aprel, 04:27
  • Baku Bakı 18°C

Şəhid analarına klip çəkildi - Video + Fotolar

28.04.16 14:46 1806
Şəhid analarına klip çəkildi - Video + Fotolar
Tanınmış ifaçı Çingiz Mustafayev şəhid analarına həsr etdiyi yeni klipini təqdim edib. Ekran işinin ərsəyə gəlməsində böyük əməyi keçən "Xəzər film”in çəkiliş heyəti klipi şəhid analarına həsr etdiklərini bildirdi.

Bu barədə "Kaspi”yə açıqlama verən klipin rejissoru Rüfət Şahbazov qeyd etdi ki, klipi Qarabağın azadlığı uğrunda şəhid olan bütün əsgər analarına həsr ediblər: "Təklif bizə Mehdi Yaqubov tərəfindən gəldi. Biz də mahnının müəllifi Çingiz Mustafayevlə görüşdük. Razılığı aldıqdan sonra dostlara xbər saldıq. Sağ olsunlar layihəni eşidən dostlarım bizə dəstək oldular. İlk çəkilişimiz Məşədi Dadaş məscidində cümə namazı vaxtı kütlənin əsgərlərə dua edərkən oldu. Klip çəkilişi montaj zamanı kollektivdə gözləri yaşaranlar da var idi. Klipi çəkdikdən sonra bütün kanallara onu təhvil verdik. Şüarımız vətən sağ olsun oldu”.
Hər gün bir əsgərimizin doğulduğunu deyən Rüfət Şahbazov onu da bildirdi ki, çəkiliş etdikləri Şamaxıdakı təpəcikdə türk şəhidi var.

Kaspi.Az sözügedən klipi təqdim edir:





banner

Oxşar Xəbərlər