• cümə, 29 Mart, 16:39
  • Baku Bakı 14°C

Şəhid ailəsinin üzvü Prezidentə yazır: Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir

17.05.20 13:07 530
Şəhid ailəsinin üzvü Prezidentə yazır: Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir
Cənab Prezident, Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir.
Trend-in məlumatına görə, bunu Füzuli rayonunun 4-cü Zobucuq qəsəbəsinin sakini, şəhid ailəsinin üzvü Səadət Hüseynova Prezident İlham Əliyevə ünvanladığı məktubda deyir.
O məktubunda yazır:"Möhtərəm cənab Prezident, koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dövlətimizin həyata keçirdiyi mübarizə tədbirləri Azərbaycan vətəndaşı, eyni zamanda, bir mədəniyyət işçisi olaraq məni ürəkdən sevindirir. Sizi daim xalqın yanında görmək bizi fərəhləndirir. Bu təhlükəli virusun respublikamızda yayılmaması üçün gördüyünüz işlər olduqca təqdirəlayiqdir. Siz karantin rejimi dövründə mədəniyyət işçilərinə diqqət və qayğınızı əsirgəmədiniz. Karantin müddətində əməkhaqlarımız saxlanılmaqla növbədənkənar məzuniyyətə buraxılmağımız buna ən gözəl nümunədir. Füzuli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi bütün sahələrdə olduğu kimi, pandemiyanın qarşısının alınması üçün verdiyiniz qərar və göstərişləri də dəstəkləyir, bu mübarizədə daim Sizin yanınızdadır.
Möhtərəm cənab Prezident, şəhid ailəsinin üzvü olaraq bu çətin günlərdə xalqımıza, o cümlədən biz mədəniyyət işçilərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

banner

Oxşar Xəbərlər