• şənbə, 20 Aprel, 09:49
  • Baku Bakı 14°C

Şəhid ailələri və qazilərin mənzillə təminatı 5 dəfəyə yaxın genişlənəcək

01.03.21 11:07 353
Şəhid ailələri və qazilərin mənzillə təminatı 5 dəfəyə yaxın genişlənəcək
Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.
Əmək və Əhalinin Sosial Müdafiəsi NazirliyindənAPA-ya verilən məlumata görə, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50% çox olmaqla 934 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70%-ə yaxın çox olmaqla 1572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram 5 dəfəyə yaxın genişlənəcək. Bu il 3 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.Ümumilikdə bu vaxta qədər 9200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.
banner

Oxşar Xəbərlər