• cümə axşamı, 25 aprel, 08:23
  • Baku Bakı 14°C

Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərin dəqiq sayı və ünvanlar

08.01.21 20:15 425
Şəhid ailələri üçün nəzərdə tutulan mənzillərin dəqiq sayı və ünvanlar
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2020-ci ildə məcburi köçkünlər üçün tikilmiş, lakin Vətən müharibəsində qələbədən sonra şəhid ailələrinə verilməsi qərara alınan mənzillərin dəqiq sayını və yerləşdiyi əraziləri açıqlayıb.
Kaspi.az-ın məlumatına görə, dövlət komitəsi bildirib ki, Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlərin şəhid ailələrinə verilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.
Ötən il məcburi köçkünlər üçün inşa olunmuş yaşayış sahələrinin dövlətimizin başçısının göstərişinə uyğun şəkildə istifadəsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Bununla əlaqədar olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, 2020-ci ildə Bakı şəhərinin Qaradağ rayonundakı "Ümid” qəsəbəsində 180 ailə üçün beşmərtəbəli 3 yaşayış binasının, Binəqədi rayonunun Xocasən qəsəbəsində doqquzmərtəbəli 5 binadan ibarət 810 ailəlik yeni məhəllənin, 624 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, inzibati binanın və texniki infrastruktur obyektlərinin, Sabunçu rayonunun inzibati ərazisində doqquzmərtəbəli 30 binadan ibarət 1512 ailəlik məhəllənin, 1200 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, inzibati binanın, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Abşeron rayonu ərazisində doqquzmərtəbəli 35 binadan ibarət 1890 ailəlik məhəllənin, 1512 şagird yerlik məktəb binasının, 280 yerlik uşaq bağçasının, klub-icma mərkəzinin və texniki infrastruktur obyektlərinin, Samux rayonu ərazisində dördmərtəbəli 9 binadan ibarət 200 ailəlik məhəllənin, 144 şagird yerlik məktəb binasının, 50 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin, həkim məntəqəsinin və texniki infrastruktur obyektlərinin, Ağdam rayonunun Quzanlı qəsəbəsində 50 mənzilli beşmərtəbəli binanın, Lənkəran şəhərində 45 mənzilli beşmərtəbəli binanın, Füzuli rayonunda 95 fərdi yaşayış evindən ibarət olan yaşayış qəsəbəsinin inşası başa çatdırılıb.
banner

Oxşar Xəbərlər