• cümə axşamı, 28 mart, 22:01
  • Baku Bakı 13°C

Şəhid ailələri hər zaman dövlətin diqqət mərkəzindədir

19.11.18 19:07 1065
Şəhid ailələri hər zaman dövlətin diqqət mərkəzindədir
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli fərmanına əsasən, 1997-ci il avqustun 2-dək ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri nazirliyin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrəndikdən sonra notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupda həmin sənədlərin təhlili aparılır. Bu günə kimi 150-yə yaxın şəhid hərbi qulluqçuların vərəsələrinə müvafiq vəsait verilib.
Vərəsəlik hüququna malik olan şəhid hərbi qulluqçuların ailə üzvləri aldıqları maliyyə yardımı ilə bağlıSİA-ya fikirlərini bildiriblər.
Tovuz rayonundan şəhid olmuş hərbi qulluqçu Rzayev Namiq Qənbər oğlunun anası Navad Rzayevaşəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılığını ifadə edib: "Tovuz rayonun Əlbəyli kəndini təmsil edən biri, eləcə də şəhid anası kimi ölkə başçısı İlham Əliyevə maliyyə yardımı ilə bağlı göstərişinə görə təşəkkürümü bildirərəm. Biz hər zaman dövlətin şəhid ailələrinə qayğısını hiss edirik. Amma birdəfəlik maliyyə yardımı bizə bir sıra problemlərimizin həlli üçün çox yardım edəcək. Yaşımla əlaqədar olaraq səhhətimdə bir sıra problemlərim var. Aldığım maliyyə yardımı ilə iki gözümü də əməliyyat etdirəcəyəm”.
Naftalan rayonundan şəhid olmuş hərbi qulluqçu Zeynalov Azər Ələddin oğlunun atası Ələddin Zeynalov: "Nəinki mən, eləcə də vərəsəni alan bütün şəhid ailələri bu maliyyə yardımından yararlanmaq imkanı qazandıqları üçün dövlətimizə minnətdardır. Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva hər zaman şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çalışır, problemlərimizin həllinə dair tapşırıqlar verirlər. Bizə ayrılan maliyyəni ailəmizə verilən ehtiyat büdcə kimi dəyərləndiririk. Bu maliyyə vəsaitini həm sağlığım, həm də nəvələrimin təhsili üçün istifadə etməyi düşünürəm. Bütün Azərbaycan xalqının, eləcə də şəhid ailələrinin bir arzusu var ki, o da tezliklə torpaqlarımızın işğaldan azad edilməsidir. Biz əmin ki, Azərbaycan bayrağı tezliklə Qarabağda ən uca zirvədə dalğalanacaq”.
Quba rayonundan şəhid olmuş hərbi qulluqçu İbrahimov İslam Soltanəhməd oğlunun anası Sultanxanım İbrahimovaailəsinin ölkə başçısı tərəfindən imzalanan fərmandan yararlanmasına görə sevincli olduğunu dilə gətirib: "Bu fərmanın verilməsi gözlənilməz olsa da, həllini gözləyən problemlərimin həlli üçün əsil fürsət oldu. Şəhid ailələri dövlətin bütün yardımlarından yararlanan təbəqədir. Amma buna baxmayaraq, müəyyən problemlər olur ki, onların həlli üçün əlavə vəsaitin olmasına böyük ehtiyac yaranır. 11 min manat məbləğində birdəfəlik yardım bizə bu istiqamətdə çox böyük kömək olacaq. Dövlət başçımız hərbiçilərimizin qayğısına qalır. Kim bu işlərdən narazıdırsa, problem onun özündədir”.
Bərdə rayonundan şəhid olmuş hərbi qulluqçu Dadaşov Mehman Əsədulla oğlunun atası Əsədulla Dadaşovsöyləyib ki, ayrılan maliyyə yardımı bir daha göstərir ki, dövlətimiz hər zaman şəhid ailələrinin qayğımıza qalır və problemlərimizlə yaxından maraqlanır: "Tarix boyu xalqımızın mərd, vətənpərvər oğulları çox olub. Mən də belə bir oğlun atası olduğum üçün fəxr edirəm. Ölkə başçısı tərəfindən hər zaman humanist addımlar atılır. Lakin belə bir fərmanın verilməsi bizim üçün gözlənilməz oldu. Bu addımı yüksək səviyyədə qarşılayırıq. Bütün bunlar bir daha dövlətimizin vətənpərvər insanlara, torpaq uğrunda vuruşanlara necə önəm verdiyini göstərir”.
Naxçıvan Muxtar Respublikasından şəhid olmuş hərbi qulluqçu Vəliyev Yusif Yaqub oğlunun həyat yoldaşı Arzu Vəliyevaaldığı məvacibi qızı ilə birgə böləcəyini söyləyib: "Əslində bizə ayrılan birdəfəlik yardımdan həyat yoldaşımın atası da yararlanmalıdır. Amma bizim sosial problemlərimizin daha çox olduğunu nəzərə alaraq, o, öz hissəsindən imtina etdi. 11 min manat heç də az vəsait deyil. Bu pulla bir çox həllini gözləyən problemlərimizi həll etməyi nəzərdə tutmuşuq. Evdə iki qadın, yəni qızımla bərabər olduğumdan müəyyən çətinliklərimiz var. Bizi sevindirən bu fərmana görə Prezident İlham Əliyevə dərin minnətdarıq. Şəhid ailəsi olmaq çox çətindir. Amma ölkədə diqqət-qayğı gördükdə bu bizi ümidləndirir və tək olmadığımızı göstərir. Mən bütün şəhid ailələrinə səbir diləyirəm. Əminəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq və torpaqlarımız Ali Baş Komandanın səyləri nəticəsində tezliklə geri qayıdacaq”.
banner

Oxşar Xəbərlər