Şəhər əhalisi “İnter” və “Milan”a qarşı

Şəhər əhalisi “İnter” və “Milan”a qarşı

İdman
09 Oktyabr 2019, 12:51 246
"İnter” və "Milan” klublarının rəhbər şəxsləri yeni stadionun tikintisi ilə bağlı keçirilən ictimai dinləmələrdə iştirak ediblər. 
 
Kaspi.az xəbər verir ki, ictimai dinləmələr zamanı klub rəhbərləri şəhər əhalisi tərəfindən kəskin tənqid ediliblər. Oktyabrın 8-də şəhər meriyasında keçirilən dinləmə zamanı əhali bildirib ki, yeni stadion tikintisi vətəndaşlara heç bir xeyir verməyəcək və bu, yalnız kimlərinsə pul qazanmasına hesablanıb.
 
Bundan əlavə, yeni stadion yaşayış evlərinə daha yaxın ərazidə tikiləcək ki, vətəndaşlar bundan da narazıdırlar.  Qeyd edək ki, yeni stadiona "Nuovo Stadio Milano” adının verilməsi planlaşdırılır.