• cümə, 19 Aprel, 20:23
  • Baku Bakı 24°C

Səfirlik: Stavropoldakı avtoqəzada yaralanan həmvətənlərimizin vəziyyəti diqqət mərkəzindədir

09.11.19 11:08 1265
Səfirlik: Stavropoldakı avtoqəzada yaralanan həmvətənlərimizin vəziyyəti diqqət mərkəzindədir
Azərbaycanın Rusiyadakı səfirliyi 4 noyabr tarixində Rusiyanın Stavropol diyarı ərazisində Rostov-Bakı marşrutu ilə hərəkət edən nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində xəsarət alan soydaşlarımızın vəziyyətini nəzarətə götürüb.
Azərbaycanın Rusiyadakı SəfirliyindənAPA-nın Moskva bürosuna verilən məlumata görə, səfirliyə bu haqda məlumat daxil olan kimidərhal yerli polis orqanı, səhiyyə ocağı və Rusiya XİN-in Mineralnıye vodı şəhərindəki nümayəndəliyi ilə operativ əlaqə saxlanılıb. Sözügedən qurumların verdiyi məlumata əsasən, qəza nəticəsində 8 nəfər soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan iki nəfər -Babaşah Həşimovun və Şəhla Abdullayevanın vəziyyəti ağırdır, onlar Reanimasiya şöbələrinə yerləşdirilibvə həkim nəzarətindədirlər.
Bundan əlavə, yerli diaspor üzvləri ilə də əlaqə saxlanılaraq soydaşlarımıza bütün lazımi köməkliyin göstərilməsi və əlavə yardıma ehtiyac yarandığı təqdirdə səfirliyə məlumat verilməsi xahiş olunur: "Bildiririk ki, hadisənin baş vermə səbəblərinin araşdırılması, yaralı həmvətənlərimizin vəziyyəti, onlara zəruri köməkliyin göstərilməsi səfirliyin diqqət mərkəzindədir".
banner

Oxşar Xəbərlər