• şənbə, 20 Aprel, 04:16
  • Baku Bakı 15°C

Səfirlik avtomobili 4-cü mərtəbədə qəza törətdi

29.10.13 13:33 1189
Səfirlik avtomobili 4-cü mərtəbədə qəza törətdi
Oktyabrın 28-də Bakı şəhərinin Səbail rayonu ərazisində yeni istifadəyə verilmiş çoxmərətəbəli avtomobil dayanacağında qəza baş verib. Lent.az-ın məlumatına görə, Üzeyir Hacıbəyov küçəsi 6 ünvanındakı (Malakan bağının yaxınlığı) 5 mərtəbəli avtomobil dayanacağının 4-cü mərtəbəsində, Rumıniya səfirliyinin əməkdaşı, 1970-ci il təvəllüdlü Radu Johan Andreyeviçin idarə etdiyi “Daewoo” markalı avtomobil qəzaya uğrayıb. Qəza zamanı səfirliyə məxsus avtomobil ilə paytaxt sakini, 1980-ci il təvəllüdlü Rəşad İbrahimovun idarə etdiyi “Mercedes” toqquşub. Hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Hadisə avtomobillərdən birinin qapalı avtomobil dayanacağının 4-cü mərtəbəsində sürət həddini düzgün seçməməsi səbəbindən baş verib.
banner

Oxşar Xəbərlər