• cümə, 26 Aprel, 00:39
  • Baku Bakı 16°C

Səfirlik: ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb

30.03.17 13:40 555
Səfirlik: ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb
ABŞ-ın Azərbaycan vətəndaşlarına aid viza ilə bağlı tələblərində heç bir dəyişiklik olmayıb.
APA-nın xəbərinə görə, bunu bəzi saytlarda ABŞ prezidentinin Azərbaycan vətəndaşları üçün sərbəst viza rejimi təsdiq etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi bəyan edib.
Səfirlik Amerika Birləşmiş Ştatlarının prezidenti tərəfindən verilən sərəncamlarla bağlı son məlumatları "www.whitehouse.gov" saytından, viza qaydaları və prosedurları haqda məlumatları isə "www.travel.state.gov" və "azerbaijan.usembassy.gov" saytlarından əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb.
banner

Oxşar Xəbərlər