• şənbə, 20 Aprel, 06:04
  • Baku Bakı 14°C

Səfir: "Yaponiya Azərbaycanda təhsil sahəsinə yardım edəcək"

05.12.17 19:03 3815
Səfir: "Yaponiya Azərbaycanda təhsil sahəsinə yardım edəcək"
"Azərbaycanla təhsil, turizm, kənd təsərrüfatı və digər alternativ sahələrdə əməkdaşlığı genişləndirməyə çalışacağıq".
APA-nın xəbərinə görə, bunu Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib. Azərbaycanın bir çox sahələrdə inkişaf etdiyini söyləyən səfir bildirib ki, Yaponiya və Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edib və bundan sonra da bu əməkdaşlıq davam etdiriləcək.
T. Katori qeyd edib ki, Yaponiya bundan sonra Azərbaycanda bacarıqlı insan resurslarının yetişdirilməsinə, təhsil sahəsinə yardım edəcək: "Yaponiya ilə Azərbaycan arasında kino sahəsində əməkdaşlıq üçün isə yeganə maneə dildir. Gələcəkdə Azərbaycanda ingilis dilini bilən insanların sayı çoxalsa, yapon filmlərinin Azərbaycana daxil olması mümkün ola bilər".
banner

Oxşar Xəbərlər