• cümə, 29 Mart, 18:30
  • Baku Bakı 14°C

Səfir: “Salome Zurabişvili səylərini əsirgəməyəcək”

13.12.18 10:45 329
Səfir: “Salome Zurabişvili səylərini əsirgəməyəcək”
"Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələr inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Düşünürəm ki, Salome Zurabişvili Gürcüstanın yeni prezidenti olaraq bu münasibətlərin əhəmiyyətini yaxşı anlayır və əməkdaşlığımızın hərtərəfli inkişafına mühüm töhfə verəcək”.
AZƏRTACxəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.
Səfir bildirib ki, dövlət başçısının qadın və ya kişi olması önəmli deyil, onun səlahiyyətlərindən necə istifadə edəcəyi daha vacibdir. Xanım Zurabişvili təcrübəli diplomatdır və xarici işlər naziri olub. O, həmçinin bizim üçtərəfli formatda gördüyümüz işlərin əhəmiyyətini yaxşı anlayır.
"İnanıram ki, xanım dövlət başçısı səlahiyyətləri çərçivəsində bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək”, - deyə Fatma Ceren Yazqan vurğulayıb.
banner

Oxşar Xəbərlər