• cümə axşamı, 28 mart, 13:31
  • Baku Bakı 16°C

Səfir: Rusiya Azərbaycanla bağlı bu fikirləri bölüşmür

25.05.13 12:28 1774
Səfir: Rusiya Azərbaycanla bağlı bu fikirləri bölüşmür
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Onun sözlərinə görə, Azərbaycanda yaşayan Rusiya vətəndaşları arasında avarlar və ləzgilər də var: “İstərdim hər kəs bilsin ki, Rusiya Azərbaycanda ləzgilər və avarlar kimi milli azlıqların hüquqlarının məhdudlaşdırılması barədə fikirləri dövlət səviyyəsində bölüşmür”.
Səfir qeyd edib ki, səs-küylü və siyasiləşdirilmiş bəyanatlar işin xeyrinə yox, zərərinədir: “Hansısa milli azlıqların təhsil, mədəni tələbatlarının ödənilməsi ilə bağlı problemləri varsa, bu məsələləri sakit və konstruktiv mühitdə müzakirə etmək lazımdır. Əminəm ki, strateji tərəfdaşımız olan Azərbaycan məsələnin bu cür qoyuluşunu konstruktiv və aktual şəkildə qəbul edəcək”.
banner

Oxşar Xəbərlər