• şənbə, 27 Aprel, 04:12
  • Baku Bakı 14°C

Səfir: "Qarabağ münaqişəsi Rumıniya diplomatiyası üçün narahatlıq doğuran məsələ olaraq qalır"

24.11.16 13:24 1034
Səfir: "Qarabağ münaqişəsi Rumıniya diplomatiyası üçün narahatlıq doğuran məsələ olaraq qalır"
"Rumıniya Azərbaycan-Avropa İttifaqımünasibətlərinin inkişafını dəstəkləyir".
APA-nın məlumatına görə, bu sözləri Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku deyib.
Onun sözlərinə görə, Rumıniya və Azərbaycan arasında 2009-cu ildən ikitərəfli strateji tərəfdaşlıq çərçivəsində inkişaf edən çox sıx və ənənəvi dostluq münasibətləri var: "Ötən 3 ildə ikitərəfli ticarət dövriyyəsində güclü artım qeydə alınıb. 2015-ci ildə bu rəqəm 161,3 milyon dollar olub ".
D. Yanku bildirib ki, səfirlikNATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi kimiNATOilə Azərbaycan arasında siyasi dialoq və əməkdaşlığın dərinləşməsi istiqamətində də güclü iş aparıb.
Onun sözlərinə görə, sabit, firavan və təhlükəsiz qonşuluğun təmin edilməsi Rumıniya üçün çox vacibdir: "Rumıniya Aİ-nin Sərq qonşuluğuna yüksək diqqət ayırmasında fəal iştirak edir. Dağlıq Qarabağ da daxil olmaqla Şərq qonşuluğunda uzun müddətdir sürən münaqişələr Aİ-də Rumıniya diplomatiyası üçün hələ də narahatlıq doğuran və diqqət mərkəzində olan məsələ kimi qalır".
Qeyd edək ki, Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan Yanku bu gün tanışlıq məqsədi ilə Azərbaycan media nümayəndələri ilə görüş keçirib. O, görüşün Rumıniya üçün əlamətdar olan Rumıniyanın Milli Günü ərəfəsinə təsadüf etdiyini deyib.
Səfir bildirib ki, 1918-ci il dekabrın 1-də Transilvaniya, Banat, Krisana və Maramures əyalətlərinin Alba Yuliya şəhərində Rumıniya Krallığına birləşmələri ilə bağlı qətnamə qəbul edilib. Bu gün dünyada bütün rumınlar tərəfindən həmrəylik, ümid və zəfər simvolu kimi qeyd olunur.
banner

Oxşar Xəbərlər