• cümə, 19 Aprel, 20:15
  • Baku Bakı 24°C

Səfir: Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir

24.01.18 12:20 690
Səfir: Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir
Macarıstan Azərbaycanın Avropa bazarlarına çıxış nöqtəsi olmaq istəyir.
Bu barədə Trend-ə və Azernews-a özəl müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.
Səfir bildirib: "Biz Azərbaycana şərq bazarlarına çıxış qapısı kimi baxırıq və istəyirik ki, Azərbaycan Macarıstanı Avropa İttifaqı bazarlarına çıxış nöqtəsi hesab etsin".
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun əhəmiyyətindən danışan V.Sederkenyi deyib ki, Avropa ilə Asiyanı birləşdirən istənilən infrastruktur layihəsi Macarıstan üçün mühüm əhəmiyyət kəsb edir:"Bununla əlaqədar, biz BTQ dəmir yoluna böyük əhəmiyyət veririk, çünki o, Asiya ilə Avropa arasında yük daşınmasının zamanını azaltmağa imkan verəcək və rəqabət qabiliyyətli tarif sistemini təmin edəcək".
banner

Oxşar Xəbərlər