• cümə, 29 Mart, 00:09
  • Baku Bakı 7°C

Səfir Lətif Qəndilov: Azərbaycanda dərman istehsalı üçün Belarusla danışıqlar aparılır

14.09.18 13:45 2107
Səfir Lətif Qəndilov: Azərbaycanda dərman istehsalı üçün Belarusla danışıqlar aparılır
Azərbaycan və Belarus arasında əməkdaşlıq bütün sahələr üzrə inkişaf edir. Bu fikriAZƏRTAC-a açıqlamasında Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov deyib.
Səfir bildirib ki, hər iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində işlər davam etdirilir: "Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi uzaq keçmişə baxsaq, bir qədər aşağı düşüb. Bu da dünyada gedən iqtisadi, maliyyə problemləri ilə bağlıdır. Ancaq ümumilikdə ticarət dövriyyəsi ilə bağlı bir neçə ilin dinamikasını götürsək, bu dinamika inkişaf etməkdədir”.
L.Qəndilovun sözlərinə görə, Belarus tərəfi ilə maşınqayırma sahəsində əməkdaşlıqla yanaşı, yeni sahələr üzrə birgə işlərin aparılması da müzakirə olunur. "Azərbaycanla Belarus arasında əczaçılıq, kənd təsərrüfatı məhsullarının emalı sahəsində də əməkdaşlıq var. Azərbaycanda dərmanların istehsalı ilə bağlı məsələ Belarusla geniş şəkildə müzakirə olunur. Belarusun bu sahədə böyük təcrübəsi var. Belarusda dərmanların 50 faizdən çoxunu daxili istehsal hesabına təmin edirlər. Bu da əhalinin daha güvənilən və ucuz dərmanlarla təmininə imkan yaradır”, - deyə səfir əlavə edib.
L.Qəndilov, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda Minskdə Azərbaycan və Belarus hökumətlərarası iclasının keçirilməsi üçün hazırlıq işləri görülür.
banner

Oxşar Xəbərlər