• şənbə, 20 Aprel, 01:24
  • Baku Bakı 15°C

Səfir: "Küveytli turistlər Bakı Şoppinq-Festivalında iştirak edəcək"

21.04.17 14:52 1023
Səfir: "Küveytli turistlər Bakı Şoppinq-Festivalında iştirak edəcək"

"Aprelin 26-da "Al Jazeera" aviaşirkəti tərəfindən Küveytdən Bakıya həyata keçiriləcək iki çarter reysi ilə Azərbaycana350-dən çox turist gələcək".
Bunu "Report"a açıqlamasında Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman deyib.
Səfirin sözlərinə görə, küveytli turistlər həm Azərbaycanın turizm imkanlarından faydalanmaq, həm də Bakı Şoppinq-Festivalının imkanlarından yararlanmaqniyyətindədirlər: "Baxmayaraq ki, küveytlilər Ramazan ayı öncəsi və dərs ilinin yekunlarına yaxın demək olar çox az hallarda turist kimi başqa ölkələrəsəfər edirlər".
Səfirliyin Bakı Şoppinq-Festivalının təbliği ilə bağlı Küveytdə gördüyü işlərdən danışan E.Qəhrəman bu istiqamətdə müxtəlif təbliğat aksiyaları keçirdikləriniqeyd edib: "Səfirliyin rəsmi saytında bununla bağlı məlumat yerləşdirilib. Eyni zamanda, səfirliyimiz tərəfindən keçirilən bütün görüşlərdə, iştirak etdiyimiz tədbirlərdə, konsulluq və digər məsələlərlə bağlı səfirliyə müraciət edən yerli və əcnəbi vətəndaşlarla söhbətlərdə bu tədbir barədə ətraflı məlumatlar veririk. Bu festivalın dünyada dördüncü ölkə olaraq Azərbaycanda keçirilməsi böyük marağa səbəb olub".
E.Qəhraman ötən ilKüveytin Mülki Aviasiya İdarəsinin baş direktorunun rəhbərliyi ilə nümayəndə heyətinin iki ölkə arasında hava əlaqəsi haqqında sazişin imzalanması məqsədilə Azərbaycanda səfərdə olduğunu xatırladıb. Qeyd edək ki, saziş çərçivəsində 2017-ci ilin yanvar ayından başlayaraq, Küveyt və Azərbaycan arasında ayda bir dəfə çarter reysləri həyata keçirilir, cari ilin iyun ayından etibarən isə uçuşlar həftədə bir dəfə olmaqla baş tutacaq.
banner

Oxşar Xəbərlər