• cümə, 29 Mart, 17:05
  • Baku Bakı 14°C

Səfir: İraq hökuməti Azərbaycan zəvvarlarının təhlükəsizliyini təmin edir

21.01.14 13:31 988
Səfir: İraq hökuməti Azərbaycan zəvvarlarının təhlükəsizliyini təmin edir
İraq hökuməti xarici ölkələrdən, o cümlədən Azərbaycandan gələn zəvvarların təhlükəsizliyini təmin edir.
APA – nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında İraqın Azərbaycandakı səfiri Heydər Şia Əl-Barak deyib.
Səfir həmçinin İraqda Azərbaycan səfirliyinin açılması məsələsinə toxunub.
“Azərbaycan hökuməti bu məsələyə xüsusi önəm verir. Səfirliyin ilin sonunadək açılması planlaşdırılır”, - deyə diplomat qeyd edib.
Bakı – Bağdad birbaşa aviareysinin açılmasına gəldikdə isə səfir bəyan edib ki, bu məsələ ilə bağlı danışıqlar artıq yekunlaşıb: “Qalır xırda texniki məqamlar - İraq vətəndaşlarına Bakıda Heydər Əliyev hava limanında vizaların verilməsi məsələsi. Reyslər həftədə dörd dəfə keçiriləcək. Artıq hətta biletlərin qiyməti müəyyənləşdirilib. Biz ilk aviareysin yaxın zamanlarda baş tutacağını gözləyirik”.
banner

Oxşar Xəbərlər