• şənbə, 20 Aprel, 06:18
  • Baku Bakı 14°C

Səfir Hidayət Orucov Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları ilə görüşüb

28.05.16 10:05 1179
Səfir Hidayət Orucov Dünya Azərbaycanlılarının IV Qurultayının iştirakçıları ilə görüşüb
Mayın 26-da Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Fövqəladə və Səlahiyyətli səfir Hidayət Orucov Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək Qırğızıstan nümayəndə heyəti ilə görüş keçirib.

SəfirlikdənAPA-ya verilən məlumata görə, görüşdə səfir Hidayət Orucov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 9 noyabr 2001-ci ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının ilk qurultayının tarixi əhəmiyyətindən danışıb, bu qurultayın keçirilməsinin milli idealların, azərbaycançılıq qayəsinin gerçəkləşməsi yolunda mühüm tarixi hadisə olduğunu bildirib. Səfir Heydər Əliyevin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan prezidenti İlham Əliyevin diaspor quruculuğu siyasətini bu gün uğurla davam etdirdiyini bildirib. İyun ayının 3-4-də Bakı şəhərində keçiriləcək Dünya Azərbaycanlılarının İV Qurultayı barəsində iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, Dünya Azərbaycanlılarının İV Qurultayında dünyanın 49 ölkəsindən 500-dən çox Azərbaycan diaspor təşkilatlarının nümayəndələri iştirak edəcək. Hidayət Orucov Qırğızıstandan qurultaya sanballı nümayəndə heyətinin dəvət edilməsini bu ölkədə yaşayan soydaşlarımıza göstərilən böyük diqqətin nəticəsi kimi dəyərləndirib. Səfir bildirib ki, Qırğız Respublikası prezidenti Almazbek Atambayevin göstərişi ilə Qırğız Respublikası Prezidenti Aparatının rəhbərinin müavini, Aparatın Etnik , Dini Siyasət və Vətəndaşlar ilə Əlaqələr Şöbəsinin müdiri MiraKarıbayovaqurultayda qonaq qismində iştirak edəcək. Əlamətdar haldır ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Qurultaya təbrik məktubu gözlənilir.Sonda Hidayət Orucov Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edəcək nümayəndələrə dəvət məktublarını təqdim edib və onlara uğurlar diləyib.

Qırğız Respublikasının Kant şəhər Keneşinin deputatı Rəhim Rəhimov Bakıda keçiriləcək Qurultayın dünya azərbaycanlılarının, birliyi və həmrəylik bayramı olduğunu qeyd edib, hər yeni Qurultayda iştirak edən dövlətlərin, diaspor təşkilatların sayının artmasının prezident İlham Əliyevin diaspor quruculuğu siyasətinin nəticəsi olduğunu bildirib. Deputat Qırğızıstanda yaşayan soydaşlarımıza Azərbaycan Respublikasının Qırğızıstanda səfiri Hidayət Orucov tərəfindən daim göstərilən qayğıya və diqqətə görə məmnunluğunu ifadə edib və səfirə təşəkkürünü bildirib.

Qırğız Xalqı Assambleyasına daxil olan "Azəri” İctimai birliyinin prezidenti Əzizağa Əliyev, birliyin fəxri prezidenti Akif Alaferdov, birliyin idarə heyətinin üzvləri Əsəd Həsənov, Mirkazım Bəşirov, Sultan Qasımov və Taxar Quliyev prezidentİlham Əliyevə göstərdiyi yüksək qayğı, diqqət və dəstəyə görə təşəkkürlərini bildirib, son illərdə səfirliyin Qırğızıstandakı soydaşlarımızın bir araya gəlməsi, təşkilatlanması, Azərbaycançılıq qayəsi ətrafında birləşmələri sahəsində fəaliyyətini yüksək dəyərləndiriblər.
banner

Oxşar Xəbərlər