• cümə, 26 Aprel, 09:30
  • Baku Bakı 12°C

Səfir: “Hərbi-texniki əməkdaşlığın müzakirəsi üçün Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək”

06.02.17 13:50 852
Səfir: “Hərbi-texniki əməkdaşlığın müzakirəsi üçün Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək”
"Yaxın vaxtlarda Bakıda hərbi-texniki əməkdaşlığa dair Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası keçiriləcək”.
APA-nın xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko deyib. O bildirib ki, Ukraynadan Azərbaycana böyük nümayəndə heyəti gələcək: "Hərbi-texniki sahə bizim dərin əməkdaşlığımızın, münasibətlərimizin indikatorudur. Bütün zamanlarda hərbi-texniki əməkdaşlıq ölkələrimiz arasında münasibətlərdə vacib yer tutub. Bu, qarşılıqlı etimadın göstəricisidir. Artıq biz Azərbaycandan bəzi silah-sursat növlərinin ölkəmizə idxal olunması üçün müraciət edirik”.
banner

Oxşar Xəbərlər