• cümə axşamı, 28 mart, 21:19
  • Baku Bakı 13°C

Səfir: "Ərdoğanın Azərbaycana səfərinin tarixi hələlik dəqiqləşməyib"

13.09.17 13:20 1407
Səfir: "Ərdoğanın Azərbaycana səfərinin tarixi hələlik dəqiqləşməyib"
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin tarixi hələlik dəqiqləşməyib.
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ƏrdoğanınBMTBaş Assambleyasının iclasından sonra Azərbaycana gələcəyini bildirmişdi.
BMTBaş Assambleyasının 72-ci sessiyasının rəsmi açılışı sentyabrın 12-də Nyu-Yorkda keçiriləcək.
Ənənəvi müzakirələrin aparılması isə sentyabrın 19-dan 25-dək nəzərdə tutulur.
Ərdoğan 19-25 sentyabrda keçiriləcək müzakirələrdə iştirak edəcək.
Türkiyə prezidentinin Azərbaycana səfəri sentyabrın 10-11-nə nəzərdə tutulsa da, sonradan təxirə salınmışdı.
banner

Oxşar Xəbərlər