• cümə, 19 Aprel, 03:48
  • Baku Bakı 18°C

Səfir: “Ərdoğan yaxın vaxtlarda Azərbaycana gələcək”

06.10.17 15:15 1483
Səfir: “Ərdoğan yaxın vaxtlarda Azərbaycana gələcək”
Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı hələlik məlum deyil.
APA-nın xəbərinə görə, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, prezidentin yaxın zamanda səfər etməsi gözlənilir: "Bu yaxınlarda prezidentRəcəb Tayyib ƏrdoğanUkraynaya səfər edəcək. Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.
Səfir əlavə edib ki, artıqBakı-Tbilisi-Qarsdəmir yolunun tikintisi bitib və çox yaxında açılışı olacaq. Prezidentin səfərinin dəmir yolunun açılışı ilə bağlı olub-olmamasına da münasibət bildirən E. Özoral vurğulayıb ki, onlar ayrı proqramdır: "Prezident dəmir yolunun açılışına kimi də gələ bilər. Ümumiyyətlə, bu ilin sonuna kimi bir çox nazirin Azərbaycana səfəri gözlənilir. Türkiyənin ətraf mühit və şəhərsalma naziri, ailə və sosial siyasət nazirinin Azərbaycana gəlməsi nəzərdə tutulur”.
banner

Oxşar Xəbərlər