AZE | RUS | ENG |


Səfir Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib

Səfir Elman Abdullayev etimadnaməsini Ruanda prezidentinə təqdim edib
Səfir Elman Abdullayev etimadnaməsini Ruanda Respublikasının Prezidentinə təqdim edib.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, Azərbaycanın Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Elman Abdullayev etimadnaməsini Ruanda prezidenti Pol Kaqameyə təqdim edib.

Ruanda prezidenti ilə keçirilmiş görüş zamanı səfir E.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını P.Kaqameyə çatdıraraq, Ruanda ilə ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensialın mövcud olduğunu və Azərbaycanın bu ölkə ilə münasibətlərin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

Ruanda prezidenti P.Kaqame öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyevə salamlarının və ehtiramının çatdırılmasını xahiş edərək, Ruandanın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, humanitar, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd edib. Prezident P.Kaqame Azərbaycanın sürətli inkişafının ona yüksək təəssürat bəxş etdiyini vurğulayıb.

Ruanda prezidenti səfir E.Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001