• cümə axşamı, 25 aprel, 21:09
  • Baku Bakı 21°C

Səfir: “Bolqarıstan qaza olan tələbatının 1/3 hissəsini Azərbaycanın hesabına ödəyəcək”

09.12.17 13:20 1580
Səfir: “Bolqarıstan qaza olan tələbatının 1/3 hissəsini Azərbaycanın hesabına ödəyəcək”
"2020-ci ildən illik 1 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana nəql olunacaq. Bununla da Bolqarıstanın qaza olan tələbatının 1/3 hissəsini Azərbaycanın hesabına ödəyəcək”.
"APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova məlumat verib. 2015-ci ildə Azərbaycanla Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamənin vacibliyini vurğulayan N.Qurbanova bu sənədin ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib.
Nəqliyyatın prioritet sahələrdən biri olduğunu, Bolqarıstanın Azərbaycan tərəfindənAvropa İttifaqıbazarına giriş kimi qiymətləndirildiyini, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı yaratdığını deyən səfirBakı-Tbilisi-Qars(BTQ) dəmir yolunun Asiya ilə Avropa arasında yük və sərnişin daşımaları üçün açdığı tarixi imkanlardan bəhs edib.
Səfir İKT, turizm, kənd təsərrüfatı sahəsində mövcud imkanlar barədə də məlumat verib. Onun sözlərinə görə, Bakı-Sofiya-Bakıhavaəlaqəsinin açılması iki ölkəni daha da yaxınlaşdıracaq. N.Qurbanova 2016-cı ildə Azərbaycandan 16 000 turistin Bolqarıstana və 1300-ə yaxın bolqar turistin Azərbaycana səfər etdiyini vurğulayıb. Səfir əlavə edib ki, açılacaq reys həm iki ölkədə turizmin inkişafı, həm də ölkələrin tranzit potensialının genişlənməsinə töhfə verəcək.
banner

Oxşar Xəbərlər