AZE | RUS | ENG |


Səfir: Azərbaycan və Qazaxıstan təkcə yaxşı qonşu deyil, həm də uzunmüddətli tərəfdaşdır

Səfir: Azərbaycan və Qazaxıstan təkcə yaxşı qonşu deyil, həm də uzunmüddətli tərəfdaşdır
Azərbaycan və Qazaxıstanın hər ikisinin neft hasilatçısı olmasına, eləcə də iqtisadiyyatın aparıcı qüvvəsinin enerji resursları və karbohidrogenlərin satışının olmasına baxmayaraq, bu ölkələr bir-biri üçün rəqibə çevrilməyib.

Bunu Trend-ə müsahibəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov deyib.

Onun sözlərinə görə, bu ölkələrin iqtisadi sistemləri bir-birini tamamlayır: "Azərbaycan və Qazaxıstan təkcə yaxşı qonşu deyil, həm də uzunmüddətli tərəfdaşdır. Biz bir-birimiz üçün yeni imkanlar yaradırıq”.

Səfir qeyd edib ki, ölkələr bu gün həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir: "Biz bir-birimizin təşəbbüslərini dəstəkləyirik. Ölkələrimiz arasında iqtisadi məsələlər üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir. Bu struktur ildə bir dəfə toplanaraq müxtəlif istiqamətlərdə yaranan məsələləri müzakirə edir. Başqa sözlə, daha səmərəli əməkdaşlıq üçün effektiv iş aparılır. Əminliklə deyə bilərəm ki, ölkələr arasında həll oluna bilməyən bir problem yoxdur. Əməkdaşlıq çərçivəsində yaranan bütün məsələləri asanlıqla həll edirik”.

Ölkələr arasındakı iqtisadi əməkdaşlıqdan danışan səfir qeyd edib ki, Qazaxıstan azərbaycanlı investorlar üçün əlverişli bazardır: "Biz coğrafi olaraq yaxınıq. Bizi Xəzər dənizi birləşdirir. Gündəlik bərə əlaqəsi, Qazaxıstan istiqamətində aqroreyslər, həm yük daşımaları üçün, həm də turist və biznesmenlərin səfərləri üçün yaxşı logistika yaradır”.

R.Məmmədov qeyd edib ki, iqtisadi əlaqələrə yeni təkan vermək üçün aprel ayında Azərbaycan ticarət missiyasının Qazaxıstana səfəri planlaşdırılır: "Aprelin 24-ü Almatıda, aprelin 25-i Astanada Qazaxıstana öz məhsulunu ixrac etmək istəyən 20-dən çox Azərbaycan şirkətinin iştirakı ilə ticarət missiyası olacaq”.

Diplomatın sözlərinə görə, bu o demək deyil ki, burada yalnız 20 şirkət yer alır. "Onların arasında müxtəlif zavod və fabriklərin daxil olduğu holdinqlər də var. Ona görə demək olar ki, buraya 80-90 zavoddan nümayəndələr gələcək. Bizim məqsədimiz bu tədbirlərdə Qazaxıstan tərəfdən potensial tərəfdaşların iştirakını təmin etmək və beləliklə hərtərəfli səmərəli əməkdaşlıq yaratmaqdır”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001